Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Alternativ maliyyə və islam bankçılığı üzrə ehtiyacların qiymətləndirilməsi tədbirinin keçirilməsi” işləri və xidmətlərinin satın alınması ilə bağlı tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, "İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi" qalib elan olunub.
Həmin şirkət ilə müvafiq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, agentliyin bundan əvvəl “Tədbirlərin keçirilməsi ilə əlaqədar zalların icarəsi” işlərinin və xidmətlərinin satın alınması ilə bağlı tenderinin qalibi "Baku Boulvard Hotel Company" MMC seçilib (07.03.2023).