Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxili bazar araşdırmasının aparılması üçün məsləhətçi seçir.
FED.az xəbər verir ki, seçim təkliflər sorğusu üsulu ilə aparılır və iki istiqaməti (“Şəkərli fındıq əzməsinin istehsalı”, “Nar sousunun istehsalı”) əhatə edir
Sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçıların təklifləri 22 aprel saat 11:00-dək qəbul olunur. Təkliflər 23 aprel saat 11:00-da açılacaq.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.