İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “KOB subyektləri arasında sorğuların keçirilməsi”nin satın alınması nəzərdə tutulur.
Satınalan təşkilatın VÖEN-i: 1307417001
Satınalan təşkilatın ünvanı: AZ1073, Azərbaycan Respublikası, Bakı şəhəri, L.Landau küçəsi, 16
Müsabiqənin başlama tarixi və vaxtı: 27.11.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 15.12.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.12.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 26.12.2023 09:00
Çatdırılma yeri - AZ1073, Bakı şəhəri, Yasamal rayonu, L.Landau küçəsi,16
AZ1073, Bakı şəhəri, Yasamal rayonu, L.Landau küçəsi,16
Çatdırılma müddəti - 29.06.2024
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Tenderdə iştirak etmək üçün müraciət.
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri.
Mikro, kiçik və orta sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış.
İxtisas göstəriciləri:
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin olması.
Bank dövriyyəsi haqqında arayış.
Maliyyə hesabatının surəti.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün idarəetmə səriştəsinin, etibarlığının olması.
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Bu sahədə ixtisaslaşmış hüquqi və ya fiziki şəxs olması və bu sahədə ən azı 2 il fəaliyyət göstərməsi.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Gülbahar Qasımova, Satınalmalar şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994 12 403 87 91
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
KOB subyektlərinin peşə təlimi və təhsilinə olan ehtiyaclarının müəyyən edilməsi (ölçü vahidi "respondent" nəzərə alınmalı) |
Sorğunun keçiriləcəyi yer:Ölkə üzrə; Metodologiya:Üzbəüz, onlayn, telefon sorğusu; Hədəf qrupu: Təsadüfi yolla seçilmiş KOB-lar; Sualların sayı: 20 |
500 |
nəfər |
2 |
KOB subyektlərinin alternativ maliyyə mənbələrindən istifadə səviyyəsinin öyrənilməsi (ölçü vahidi "respondent" nəzərə alınmalı) |
Sorğunun keçiriləcəyi yer:Ölkə üzrə; Metodologiya:Üzbəüz, onlayn, telefon sorğusu; Hədəf qrupu: Təsadüfi yolla seçilmiş KOB-lar; Sualların sayı: 20 |
500 |
nəfər |
3 |
KOB subyektlərinin rəqəmsallaşma səviyyəsinin və ehtiyaclarının müəyyən edilməsi (ölçü vahidi "respondent" nəzərə alınmalı) |
Sorğunun keçiriləcəyi yer:Ölkə üzrə; Metodologiya:Üzbəüz, onlayn, telefon sorğusu; Hədəf qrupu: Təsadüfi yolla seçilmiş KOB-lar; Sualların sayı: 25 |
500 |
nəfər |
4 |
Sənaye sektorunda fəaliyyət göstərən KOB subyektlərinin qarşılaşdıqları çətinliklərin müəyyən edilməsi (ölçü vahidi "respondent" nəzərə alınmalı) |
Sorğunun keçiriləcəyi yer:Ölkə üzrə; Metodologiya:Üzbəüz, onlayn, telefon sorğusu; Hədəf qrupu: Təsadüfi yolla seçilmiş KOB-lar; Sualların sayı: 25 |
300 |
nəfər |
5 |
KOB subyektlərinin dövlət satınalmalarında iştirak potensialının və səviyyəsinin öyrənilməsi (ölçü vahidi "respondent" nəzərə alınmalı) |
Sorğunun keçiriləcəyi yer:Ölkə üzrə; Metodologiya:Üzbəüz, onlayn, telefon sorğusu; Hədəf qrupu: Təsadüfi yolla seçilmiş KOB-lar; Sualların sayı: 20 |
500 |
nəfər |
6 |
Xarici ticarətdə KOB subyektlərinin maliyyə alətlərindən istifadə səviyyəsinin öyrənilməsi (ölçü vahidi "respondent" nəzərə alınmalı) |
Sorğunun keçiriləcəyi yer:Ölkə üzrə; Metodologiya:Üzbəüz, onlayn, telefon sorğusu; Hədəf qrupu: Təsadüfi yolla seçilmiş KOB-lar; Sualların sayı: 20 |
500 |
nəfər |
7 |
KOB-ların subyektlərinin biznesyönümlü təlim və ixtisaslı kadr ehtiyaclarının müəyyən edilməsi (ölçü vahidi "respondent" nəzərə alınmalı) |
Sorğunun keçiriləcəyi yer:Ölkə üzrə; Metodologiya:Üzbəüz, onlayn, telefon sorğusu; Hədəf qrupu: Təsadüfi yolla seçilmiş KOB-lar; Sualların sayı: 20 |
500 |
nəfər |
8 |
Vergi hesabatları (bəyannmələri), vergi yoxlamaları və nəzarəti, vergi prosedurları (inzibatçılıq və prosessual) ilə bağlı KOB subyektlərinin qarşılaşdıqları çətinliklərin müəyyən edilməsi və bununla əlaqədar təkliflərin öyrənilməsi (ölçü vahidi "respondent" nəzərə alınmalı) |
Sorğunun keçiriləcəyi yer:Ölkə üzrə; Metodologiya:Üzbəüz, onlayn, telefon sorğusu; Hədəf qrupu: Təsadüfi yolla seçilmiş KOB-lar; Sualların sayı: 25 |
500 |
nəfər |