"Azərsu" ASC Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Şəki və Gəncə şəhərlərinin bir hissəsində su və kanalizasiya sisteminin tikintisi üzrə qurulacaq sistemin dayanıqlı istismarı və texniki xidmətin təmin edilməsi məqsədilə layihənin hökumət payı iştirakı hesabına "Şəki Sukanal" TSC və "Gəncə Sukanal" TSC-nin İqtisadi Planının hazırlanması xidmətlərinə dair keçirilən tenderlərin qalibini müəyyənləşdirilib.
FED.az xəbər verir ki, hər iki tenderi “Steel Design” QSC qazanıb.
Qurum “Steel Design” QSC-yə "Şəki Sukanal" TSC üçün (45,8 min manat) və "Gəncə Sukanal" TSC (47,5 min manat) ümumilikdə 93,3 min manat məbləğində müqavilələr imzalanıb.