Kənd Təsərrüfatı Nazirliyinin “Arxiv sənədləri və müxtəlif inventarların daşınması xidmətinin satınalınması" üzrə kotirovka servisi ləğv edilib
FED.az xəbər verir ki, buna səbəb “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 50.4.2.-ci maddəsinin müddəalarını əsas götürərək, elektron satınalmada qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün üç iştirakçıdan az olması olub. Buna görə də Kənd Təsərrüfatı Nazirliyinin “Arxiv sənədləri və müxtəlif inventarların daşınması” xidmətinin satınalınması ilə əlaqədar nəzərdə tutulan kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma proseduru ləğv edilib.