Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə informasiya-məsləhət xidmətlərinin, təlim və tədbirlərin təşkili işlərinin satınalınması ilə bağlı tender elan edir.
FED.az TENDER xəbər verir ki, tender 1 (bir) lot üzrə keçiriləcək.
LOT 1 - Aqrar sahədə informasiya-məsləhət xidmətlərinin, təlim və tədbirlərin təşkili işlərinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Nəzərdə tutulan işlər və xidmətlər cari il ərzində Sifarişçinin sifarişi əsasında müxtəlif dövrlərdə və müxtəlif yerlərdə həyata keçiriləcəkdir.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Üzeyir Hacıbəyov, 80 ünvanından (Hökumət Evi, 7-ci mərtəbə)
-Əlaqələndirici şəxs: İmran Cümşüdov ,
-Tel.: (+99412) 498 01 66, 498 17 21 ala bilərlər.
İştirak haqqı: 150 (bir yüz əlli) manat
Təşkilat: Kənd Təsərrüfatı Nazirliyi
VÖEN: 1700069791 (Kənd Təsərrüfatı Nazirliyi)
Hesab:AZ94CTRE00000000000002188301 (AZN) (Mərkəzi Aparat);
VÖEN: 1401555071 (Dövlət Xəzinədarlığı Agentliyi)
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Büdcə səviyyəsi kodu: 7
Büdcə təsnifatı kodu: 142340
Kodu: 210005
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. Code: CRTEAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının son üç ildə yerinə yetirdiyi anoloji müqavilələr və anoloji sahədə fəaliyyət müddəti barədə məlumat;
-iddiaçıların müvafiq mənşə və uyğunluq sertifikatları.
Tender təklifi Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 03 iyun 2019-cu il saat 18:00-dək, tender təklifi və bank təminatını isə (bank təminatının təqdim edilmədiyi halda təklif açılmadan geri qaytarılacaqdır) möhürlənmiş ikiqat zərfdə 13 iyun 2019-cu il saat 18:00-dək üzeyir Hacıbəyov, 80 (Hökumət Evi, 7-ci mərtəbə) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 14 iyun 2019-cu il tarixində saat 11:00-da Üzeyir Hacıbəyov, 80 ünvanında (Hökumət Evi, 7-ci mərtəbə) açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Kənd Təsərrüfatı Nazirliyi təşkilati işlər və Təlimlər satın alır - TENDER
09:47
25 Aprel 2019