Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nazirliyin inzibati binasında və əsas məlumat mərkəzində mövcud server, yaddaş qurğusu (storage), şəbəkə avadanlıqlarının, məlumat bazalarının və bu bazalarda olan yenilənmələr də daxil olmaqla məlumat bazası və şəbəkə inzibatçılığının təmin edilməsi xidmətinin satın alınması məqsədilə açıq tender elan edir.
Azərbaycan Metrologiya İnstitutu tender -ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, eləcə də digər xərcləri nəzərə almalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar tender üçün müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
Əlaqələndirici şəxs – İlqar Mehdiyev, telefon – (+99412) 498-89-14 (1328) e mail: [email protected]
• İştirak haqqı: 500 manatdır.
• İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
• Təşkilat: Kənd Təsərrüfatı Nazirliyi
• VÖEN: 1700069791 (Kənd Təsərrüfatı Nazirliyi)
• Hesab: AZ94CTRE00000000000002188301 (AZN) (Mərkəzi Aparat);
• VÖEN: 1401555071 (Dövlət Xəzinədarlığı Agentliyi)
• Bank: Dövlət Xəzinədarlığı Agentliyi
• Büdcə səviyyəsi kodu: 7
• Büdcə təsnifatı kodu: 142330
• Kodu: 210005
• Müxbir hesab: AZ41NABZ01360100000000003944
• S.W.I.F.T. Code: CRTEAZ22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);
- Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;
- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam hüquqi adı, statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Dövlət Statistika Komitəsindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olmaları haqqında arayış.
Malgöndərənlərin ixtisas göstəriciləri barədə tələb olunan sənədlər:
- son 3 il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) malgöndərənin yerinə yetirdiyi anoloji müqavilələr;
- Malgöndərənin müqavilənin icrası üzrə kadr potensialının olmasını təsdiq edən sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 26 may 2021-ci il saat 12.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 4 iyun 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklif zərfləri 7 iyun 2021-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.