Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu 222700 xərc maddəsi üzrə tədqiqat üçün baytarlıq dərmanlarının, yem qatqıları üçün premikslərin, elmi-tədqiqat işləri üçün avadanlıqların və 311900 xərc maddəsi üzrə isə predmentlərin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
Rayon İcra Hakimiyyəti yolların təmiri işləri üzrə tender - ELAN EDİR
FED.az xəbər verir ki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər qapalı zərfdə, imzalanıb möhürlənmiş formada Göygöl rayonu, Firuzabad qəsəbəsində yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna 20 avqust 2021-ci il saat 17.00-dək təqdim olunmalıdır.
Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Maraqlanan təşkilatlar +(994) 2220 2-23-30 və +(994) 2220 2-20-62 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.