Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Kəlbəcər və Zəngilan şəhərlərinin baş planlarının hazırlanması üzrə işlərə “Sapartners Kovari+Kovari” şirkətini cəlb edib.
Eləcə də bax: Ağdamın işğaldan azad olunmuş əraziləri üzrə - TENDER ELAN OLUNDU
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-a istinadən xəbər verir ki, bu məqsədlə Mərkəz “Sapartners Kovari+Kovari” şirkəti ilə iki müqavilə bağlayıb.
Zəngilanın baş planının hazırlanması üzrə işlərin dəyəri 620 min 361,07 manat, Kəlbəcərin baş planının hazırlanması üzrə işlərin dəyəri 670 min 694,63 manatdır.