"Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi tərəfindən aşağı gərginliklə işləyən elektrik idarəetmə panellərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Kaskad - Hidro M" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 milyon 399,8 min manat təşkil edir. Ehtimal olunan qiymət isə 2 milyon 672,7 min manat idi.
Qeyd edək ki, "Kaskad - Hidro M" MMC bundan əvvəl də meliorasiya sahəsində satınalmada iştirak edib. Şirkət 11.09.2023-cü il tarixində Qusar Suvarma Sistemləri İdarəsi tərəfindən cari təmir işlərinə subartezan quyuların təmirinə avadanlıqların satınalınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 10 min 868 manat təşkil edib.











