Azərbaycan Respublikası Müdafiə Nazirliyi elan etdiyi tenderə yekun vurub.
Tələbələr və professorlar yola düşür - ADNSU 260 MİNLİK AVİABİLET ALIR
FED.az xəbər verir ki, tender Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif növ kabellərin satın alınması məqsədilə elan olunub.
Tenderin nəticələri açıqlanıb və "Kabloline" MMC qalib gəlib. Şirkət tender çərçivəsində 842.752,22 AZN qazanıb.
Tenderin elan edilərkən ehtimal olunan qiymət 1.274.974,55 AZN olaraq müəyyən edilmişdi. Lakin, təklif olunan məbləğ qalibin qazandığı məbləğdən 432.222,33 AZN daha çox idi. Bu o deməkdir ki, "Kabloline" MMC daha ucuz qiymətlə udub.