“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC ““Sumqayıt Kimya Sənaye Parkının ərazisində İqtisadi Zonaların İnkişafı Agentliyi və Rusiya Federasiyası Tatarıstan Respublikasının “Ximqrad” Səhmdar Cəmiyyəti ilə birgə sənaye zonasının layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin həyata keçirilməsi”nin satın alınması” tenderinin nəticələrini elan edib.
Bu şirkət Xocalıda teleqüllə tikəcək və 18,4 milyon manat - QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi “Global Interiors Group” MMC olub.
Qalib şirkətlə 12 450 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Global İnteriors Group” MMC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Hacıyev Şahin oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 6 ünvanında yerləşir.