İqtisadi Zonaların İnkişafı Agentliyi “İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyəti ilə bağlı sənaye parklarında və məhəllələrində istismarda olan infrastrukturun dayanıqlı, operativ və keyfiyyətli istifadəsi məqsədilə 2024-cü il üçün mal-materialların satın alınması” tenderinin nəticələrini elan edib.
İZİA-nın Qarabağdakı sənaye parkları ilə bağlı 185 milyonluq tenderlərinin qalibləri - AÇIQLANDI
FED.az xəbər verir ki, tenderin qalibi “Fortis İndustrial Solutions” MMC olub.
Qalib şirkətə 2 480 036 manat ödəniləcək.
Qeyd edək ki, “Fortis İndustrial Solutions” MMC 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamal Əlibəyli Mehman oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 15, Azure Biznes Mərkəzi, 11-ci mərtəbə, otaq 69 ünvanında yerləşir
Qeyd edək ki, aşağıdaki cədvəldə olan mal-materialların satınalınması nəzərdə tutulub:
№ |
Başlıq |
Miqdar |
Ölçü vahidi |
1 |
Elektrik malları |
1 |
ədəd |
2 |
Avtomatika |
1 |
ədəd |
3 |
Dəmir yolu istismarı üçün |
1 |
ədəd |
4 |
Su və məişət tullantı xətləri |
1 |
ədəd |
5 |
Qaz xətti |
1 |
ədəd |