İqtisadi Zonaların İnkişafı Agentliyi Ağdam və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarının ərazisində elektrik qurğularının tikinti və elektrik quraşdırma işlərinin satın alınması ilə bağlı 185 583 090 manat dəyərində 2 tenderə yekun vurub.
Gələn il Ağdam Sənaye Parkında fəaliyyətə başlayacaq bir neçə müəssisənin - ADI AÇIQLANDI
FED.az xəbər verir ki, tenderlərin qalibləri “İma-Energy” QSC və “Global İnteriors Group” MMC olub.
“İma-Energy” QSC şirkəti ilə 67 365 495 manat , “Global İnteriors Group” MMC şirkəti ilə isə 118 217 595 manat dəyərində müqavilə imzalanıb.
Xatırladaq ki, “İma-Energy” QSC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 5 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Tağızadə Əliş oğludur. Hüquqi ünvanı AZ1119, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev, ev 33, m. 20 ünvanında yerləşir.
Qeyd edək ki, “Global İnteriors Group” MMC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Hacıyev Şahin oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 6 ünvanında yerləşir.