"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ tərəfindən İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "İsmayıllı Tikinti-27" ASC olub. Müqavilənin ümumi dəyəri 7 570 368 manat təşkil edir. Ehtimal olunan qiymət isə 10 633 096 manat idi.
Qeyd edək ki, "İsmayıllı Tikinti-27" ASC bundan əvvəl (11.12.2025) İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən elan edilən tenderin də qalibi olub. Şirkət İsmayıllı şəhəri Heydər Əliyev adına parkda abadlıq işlərini icra etmək üçün 156 129 manat dəyərində müqavilə imzalayıb.











