“Şahdağ Turizm Mərkəzi” QSC elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Agentliyin 9 ölkədə tədbir keçirmək planı baş tutmadı - TENDER LƏĞV EDİLDİ
Qeyd edək ki, tender xizək zolaqları və kanat yollarının idarəedilməsi üzrə məsləhət, audit və təlim xidmətlərinin satın alınması məqsədilə keçirilib. Tenderdə qalib “Neugest 1957 SLU” şirkəti elan edilib.
Müqavilənin ümumi məbləği isə 980.186,67 AZN təşkil edir.
Qeyd edək ki, “Neugest 1957 SLU” Avropada fəaliyyət göstərən, xüsusilə dağ-xizək mərkəzlərinin infrastruktur auditi və idarəetmə üzrə ixtisaslaşmış firmadır. Şirkət bu sahədə uzunmüddətli təcrübəyə malikdir və qış turizminin idarə edilməsində sağlam praktika standartlarını tətbiq etməklə tanınır. Mərkəzi ofisi İspaniyanın Barselona şəhərində yerləşir.