“Azərsu” ASC “İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
"Azərsu"yun 1 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, tenderin qalibi “T.T.Ş.-İnşaat” MMC olub.
Şirkətlə 15 205 025 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “T.T.Ş.-İnşaat” MMC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 27 411 150 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xalıqverdi Məmmədov Malça oğludur. Hüquqi ünvanı AZ1031, Bakı Şəhəri Nizami Rayonu, Babək pr., ev 53 ünvanında yerləşir.