Azərbaycanda şəhər və kəndlərin qurulması eləcədə mövcud şəhər və kəndlərdə layihələndirmə işlərinin aparılması məqsədilə 2022-ci ildən indiyədək 33 tender elan edilib.
Şəkidə dövlət tenderlərini kimlər udur? - MƏBLƏĞLƏR, ŞİRKƏTLƏR – SİYAHI (2023-2024)
Masallıda dövlət tenderlərini kimlər udur? - MƏBLƏĞLƏR, ADLAR – SİYAHI (2023-2024)
FED.az xəbər verir ki, dövlət satınalmaları portalı vasitəsilə həyata keçirilən bu tenderlərin ümumi dəyəri nə az nə çox, 43 milyon 365 min 615 AZN olub.
Tenderlər daha çox işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məqsədilə həmin ərazilərdə baş tutub.
Tenderləri sayca ən çox udan şirkət 5 tenderin qalibi olaraq “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu olub. Şirkətin udduğu tenderlərin dəyəri 4 914 110 AZN təşkil edir.
Qeyd edək ki, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu 1998-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Cahangir Məmmədrzayev Cavanşir oğludur. Hüquqi ünvanı AZ1014, Bakı şəhəri Nəsimi rayonu, Füzuli, ev 65 ünvanında yerləşir.
Tenderləri sayca ən çox udan 2-ci şirkət “Arxin-M LTD” MMC şirkətidir. Sözügedən şirkət 4 tender udaraq dövlət qurumlarından 5 030 973 AZN dəyərində sifariş alıb.
Qeyd edək ki, “Arxin-M LTD” MMC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Niftalı Abbasov Tağı oğludur. Hüquqi ünvanı AZ1118, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov, ev 137, m. 23 ünvanında yerləşir.
Siyahıda ə çox tender udan 3-cü şirkət elə 3 tender udaraq Bakı Dövlət Layihə İnstitutu olub. Bakı Dövlət Layihə İnstitutu dğvlət qurumlarından aldığı sifarişlərdən 2 823 280 AZN qazanıb.
Digər şirkətlərdən “REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və “Azin Construction” MMC hər biri ayrı ayrılıqda 2 tenderin qalibi olub.
Başqa şirkətlər isə yalnız 1 tenderi uda bilib.
Ümumi keçirilən tenderlərdə maksimum məbləğdə sifariş alan şirkət isə Chapman Taylor LLP şirkətidir. Adı çəkilən şirkət 10 460 276 AZN dəyərində 3 tenderin qalibi seçilib.
Daha ətraflı aşağıdakı cədvəldə :
№ |
Satınalan təşkilatın adı |
Qalib şirkət |
Satınalma predmeti |
Məbləğ |
Tarix |
1 |
Dövlət Şəhərsalma Və Arxitertura Komitəsi |
Chapman Taylor LLP |
Xankəndi şəhərinin Baş planının hazırlanması |
2 874 187 AZN |
23.05.2024 |
2 |
Ərazi Tikinti-Planlaşdirma Mərkəzi |
Chapman Taylor LLP |
Cəbrayıl şəhərinin baş planının hazırlanması üzrə layihə işlərinin satınalınması |
3 644 889 AZN |
16.09.2022 |
3 |
Ərazi Tikinti-Planlaşdirma Mərkəzi |
Chapman Taylor LLP |
Şuşa şəhərinin baş planının hazırlanması işləri |
3 941 200 AZN |
21.07.2022 |
Cəmi: 10 460 276 AZN |
|||||
|
|||||
1 |
“Cəbrayil, Qubadli Və Zəngilan Rayonlarinda Bərpa, Tikinti Və İdarəetmə Xidməti” PHŞ |
Arxin-M LTD MMC |
Cəbrayıl rayonu,Karxulu kəndinin yenidənqurulması və inşası məqsədilə 250 evin layihələndirmə xidmətlərinin satın alınması |
1 741 818 AZN |
22.04.2024 |
2 |
“Cəbrayil, Qubadli Və Zəngilan Rayonlarinda Bərpa, Tikinti Və İdarəetmə Xidməti” PHŞ |
Arxin-M LTD MMC |
Qubadlı rayonu,Həmzəli kəndinin yenidənqurulması və inşası məqsədilə 250 evin layihələndirmə xidmətlərinin satın alınması |
1 530 720 AZN |
22.04.2024 |
3 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
Arxin-M Ltd MMC |
“Cəbrayıl rayonunun 1042 ailəlik (ikinci mərhələdə - 407 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin layihələndirilməsi |
898 463 AZN |
23.04.2024 |
4 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
Arxin-M LTD MMC |
Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin layihələndirilməsi |
859 972 AZN |
24.07.2023 |
Cəmi : 5 030 973 AZN |
|||||
|
|||||
1 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu |
Tərtər rayonu Umudlu qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi |
853 730 AZN |
11.11.2024 |
2 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu |
Şuşa rayonu Malıbəyli qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi |
991 790 AZN |
11.11.2024 |
3 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu |
Xankəndi rayonu Kərkicahan qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi |
997 690 AZN |
11.11.2024 |
4 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu |
Şuşa rayonu Turşsu qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi |
784 700 AZN |
11.11.2024 |
5 |
Ərazi Tikinti-Planlaşdirma Mərkəzi |
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu |
Naxçıvan şəhərinin Baş Planının hazırlanması xidmətləri |
1 286 200 AZN |
12.01.2024 |
Cəmi : 4 914 110 AZN |
|||||
|
|||||
1 |
Ərazi Tikinti-Planlaşdirma Mərkəzi |
REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited şirketinin Azərbaycan Respublikasındakı Filialı |
Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
2 242 000 AZN |
25.09.2022 |
2 |
Ərazi Tikinti-Planlaşdirma Mərkəzi |
REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited şirketinin Azərbaycan Respublikasındakı Filialı |
Xocavənd rayonunun Tuğ kəndinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
2 124 000 AZN |
25.09.2022 |
Cəmi : 4 366 000 AZN |
|||||
|
|||||
1 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
Bakı Dövlət Layihə İnstitutu |
Xocalı şəhərində əsaslı təmir olunacaq və yeni tikiləcək fərdi yaşayış mənzillərin (340 mənzil) layihələndirilməsi |
667 656 AZN |
11.11.2024 |
2 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
Bakı Dövlət Layihə İnstitutu |
Xocavənd rayonu Xocavənd kəndinin yenidənqurulmasının layihələndirilməsi |
953 794 AZN |
11.11.2024 |
3 |
“Cəbrayil, Qubadli Və Zəngilan Rayonlarinda Bərpa, Tikinti Və İdarəetmə Xidməti” PHŞ |
Bakı Dövlət Layihə İnstitutu |
Cəbrayıl rayonu,Soltanlı kəndinin yenidənqurulması və inşası məqsədilə layihələndirmə xidmətlərinin satın alınması |
1 201 830 AZN |
17.04.2024 |
Cəmi : 2 823 280 AZN |
|||||
|
|||||
1 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
“Azin Construction” MMC |
Laçın rayonunun Bəylik kənd yaşayış məntəqəsinin layihələndirilməsi |
299 097 AZN |
12.02.2024 |
2 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
“Azin Construction” MMC |
Laçın rayonunun 245 ailəlik (birinci mərhələdə - 223 ailəlik) Zabux və 77 ailəlik (birinci mərhələdə - 73 ailəlik) Sus kənd yaşayış məntəqələrinin layihələndirilməsi |
898 869 AZN |
26.04.2023 |
Cəmi : 1 197 966 AZN |
|||||
|
|||||
1 |
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti Və İdarəetmə Xidməti PHŞ |
“Era Design Group” MMC |
“Füzuli rayonu ərazisində yerləşən Qaraxanbəyli kəndinin layihələndirilməsi” |
1 979 981 AZN |
03.08.2024 |
2 |
“Cəbrayil, Qubadli Və Zəngilan Rayonlarinda Bərpa, Tikinti Və İdarəetmə Xidməti” PHŞ |
Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu |
Cəbrayıl rayonu,Sarıcallı kəndinin yenidənqurulması və inşası məqsədilə 350 evin layihələndirilməsi xidmətlərinin satın alınması |
1 799 747 AZN |
23.12.2024 |
3 |
Ağdam, Füzuli Və Xocavənd Rayonlarinda Bərpa,Tikinti Və İdarəetmə Xidməti PHŞ |
“PBA” QSC |
“Ağdam rayonu Tağıbəyli kəndi (Suma kəndi ilə birlikdə) yaşayış məntəqəsinin layihələndirilməsi” |
1 441 099 AZN |
18.09.2024 |
4 |
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti Və İdarəetmə Xidməti PHŞ |
"Kooplayihə AHB,, firması |
“Füzuli rayonu ərazisində yerləşən Qarakollu kəndinin layihələndirilməsi” |
1 595 478 AZN |
03.08.2024 |
5 |
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti Və İdarəetmə Xidməti PHŞ |
NKT-bərpa MMC |
“Füzuli rayonu ərazisində yerləşən Mirzəcamallı kəndinin layihələndirilməsi” |
1 176 195 AZN |
03.08.2024 |
6 |
Ağdam, Füzuli Və Xocavənd Rayonlarinda Bərpa,Tikinti Və İdarəetmə Xidməti PHŞ |
“Az.Arxitektura” MMC |
“Ağdam rayonu Nəmirli kəndi (Şuraabad kəndi ilə birlikdə) yaşayış məntəqəsinin layihələndirilməsi” |
1 170 796 AZN |
18.09.2024 |
7 |
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti Və İdarəetmə Xidməti PHŞ |
“Iron Tree” MMC |
“Füzuli rayonu ərazisində yerləşən Qarğabazar kəndinin layihələndirilməsi” |
1 159 527 AZN |
03.11.2024 |
8 |
“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Sayli Bərpa, Tikinti Və İdarəetmə Xidməti” PHŞ |
Geoproject MMC |
Zəngilan rayonu, Alıbəyli kəndinin yenidənqurulması üzrə layihələndirmə xidmətlərinin satınalınması |
1 130 411 AZN |
18.03.2024 |
9 |
“Cəbrayil, Qubadli Və Zəngilan Rayonlarinda Bərpa, Tikinti Və İdarəetmə Xidməti” PHŞ |
Azərinşaatlayihə Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutu |
Qubadlı rayonu,Hal kəndinin yenidənqurulması və inşası məqsədilə layihələndirmə xidmətlərinin satın alınması |
1 094 190 AZN |
22.04.2024 |
10 |
Ağdam, Füzuli Və Xocavənd Rayonlarinda Bərpa,Tikinti Və İdarəetmə Xidməti PHŞ |
“Fonksiyon Mimarlik İnş. Dek. Mob. ve Diş Tic. Ltd.Şti.” Və Onun Birgə Fəaliyyət Göstərdiyi “Diadem” ASC |
“Füzuli rayonu ərazisində yerləşən Cuvarlı kəndinin layihələndirilməsi” |
997 667 AZN |
30.09.2024 |
11 |
“Cəbrayil, Qubadli Və Zəngilan Rayonlarinda Bərpa, Tikinti Və İdarəetmə Xidməti” PHŞ |
SN Line MMC |
Zəngilan VİP İnzibati binasının layihələndirilməsi xidmətlərinin satın alınması |
307 442 AZN |
30.12.2024 |
12 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
Məkan-İnşaat MMC |
Sumqayıt şəhəri ərazisində birinci mərhələdə 1242 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi |
298 486 AZN |
25.07.2022 |
13 |
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti |
Təməl Tikinti MMC |
Ağsu rayonunun Xatman kəndi ərazisində salınmış yaşayış məhəlləsində mühəndis təchizatı və qurğuların layihələndirilməsi işləri |
237 649 AZN |
30.12.2022 |
14 |
“Cəbrayil, Qubadli Və Zəngilan Rayonlarinda Bərpa, Tikinti Və İdarəetmə Xidməti” PHŞ |
Sa Partners intl GmBH |
Zəngilan VİP inzibati binasının layihələndirilməsi və daxili interyer dizaynı,Zəngilan inzibati binasının daxili interyer dizaynı və Qubadlı inzibati binasının daxili interyer dizaynı ilə bağlı monitorinqi xidmətləri |
184 342 AZN |
30.12.2024 |
Cəmi : 14 573 010 AZN |
|||||
YEKUN : 43 365 615 AZN |