Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən elan edilmiş tender proseduru ləğv olunub.
Xocavənddə 4,2 milyona elektrik yarımstansiyası tikilir - TENDER ELANI
Ləğv edilmiş tender işğaldan azad edilmiş ərazilərin ümumi planına uyğun olaraq yaşayış məntəqələrinin baş planlarının konseptual həllərinin hazırlanması üçün çap xidmətlərinin satın alınmasına dair idi. Ehtimal olunan satınalma dəyəri 4 min 602 manat təşkil edirdi.
Tenderin ləğv edilmə səbəbi olaraq “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsi göstərilib. Belə ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, eyni zamanda tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu isə tenderin keçirilməsi üçün kifayət deyil.
Qeyd edək ki, müsabiqənin dərc edildiyi tarix 19 mart 2025-ci il saat 14:53, təkliflərin son təqdim olunma tarixi isə 23 aprel 2025-ci il saat 16:00 idi. Eyni tarixdə zərflərin açılması da nəzərdə tutulurdu.