“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC 2 tenderə yekun vurub.
Təhsil müəssisəsi İT avadanlıqları alır – TENDER ELANI
FED.az xəbər verir ki, hər 2 tenderin qalibi “Caspel” MMC olub.
Şirkət dövlət qurumu ilə “Verilənlərin saxlanması sistemi, məlumat saxlama sisteminin təkmilləşdirilməsi, server və məlumat saxlama avadanlıqları kommutatoru, avadanlıq və proqram təminatının texniki dəstəyinin uzadılması (Kompüter məlumat saxlama idarəetmə sistemləri)” tenderi üzrə 4 644 019 manat dəyərində müqavilə bağlayıb.
İkinci tender “Hiper Konvergent İnfrastrukturunun qurulması və tətbiqi ilə bağlı malların və əlaqədar xidmətlər” tenderi olub və müqavilə dəyəri 6 850 667 manat təşkil edir.
Ümumilikdə “Caspel” MMC 11 494 686 milyon manat dəyərində sifariş qəbul edib.
Qeyd edək ki, “Caspel” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 146 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Məhi oğludur. Hüquqi ünvanı AZ1130, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 50B ünvanında yerləşir.