İpoteka və Kredit Zəmanət Fondu tender elan edir.
FED.az xəbər verir ki, tenderdə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-3 nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 199 500 000 manatdır.
Tender 7 noyabr 2025-ci il, saat 13:02-də dərc olunub. Təkliflərin təqdim olunma müddəti 24 dekabr 2025-ci il, saat 10:00-da başa çatır. Zərflərin açılışı da eyni tarixdə – 24 dekabr 2025-ci il, saat 10:00-da keçiriləcək.
İştirak haqqı 10.000 manat, istifadə haqqı isə 25 manat müəyyən edilib. Qeyd olunur ki, təchizatçıların sayı üçdən az olduğu hallarda satınalma baş tutmadığı istisna olmaqla, iştirak və istifadə haqları geri qaytarılmır.
Əlaqələndirici şəxs – Adil Sadıqov, Əsas vəsaitlərlə iş departamentinin Mənzillərin idarə edilməsi şöbəsinin rəisi.
E-poçt: [email protected]
Telefon: (+994 12) 498 18 01 (daxili 226)
İddiaçılar təkliflərini 24 dekabr 2025-ci il, saat 10:00-a qədər Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanına təqdim edə bilərlər.
Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun olaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə yaşayış sahələrinin satın alınması nəzərdə tutulur.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Bakı şəhər inzibati ərazisinin tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir.
İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdə Satınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir. Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 20000 kv.m-dən az olmamalıdır.













