Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi İmişli rayonunda fəaliyyət göstərəcək yeni DOST filialının təchizatını təmin etmək məqsədilə 2 tenderi yekunlaşdırıb.
AMB avtomobillərini sığortalayacaq - ŞİRKƏT AXTARIR
Birinci tenderdə “Mac Construction” MMC (VÖEN: 1805002641) müxtəlif avadanlıqların alınması üzrə qalib elan olunub. Şirkətlə bağlanan müqavilənin dəyəri 489 783 AZN təşkil edib.
Qeyd edək ki, “Mac Construction” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşad Sultanov Mübariz oğludur. Hüquqi ünvanı Bakı Şəhəri Sabunçu rayonu, Bakıxanov Ştq, Bəşir Bünyadov (Bakıxanov Qəs.), ev 173 ünvanında yerləşir.
Digər tenderin qalibi isə “Qardaşlar Mebel” QSC (VÖEN: 1003718621) olub. Şirkət filial üçün mebel, bədii tərtibat və digər avadanlıqların təchizatını həyata keçirəcək və bunun üçün 164 852 AZN məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Qardaşlar Mebel” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 3 050 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Hüseyn Mirzəyev Məmməd oğludur. Hüquqi ünvanı Bakı Şəhəri Binəqədi rayonu, Biləcəri Ştq, Yeni Yaşayış Massivi 2, ev 37 ünvanında yerləşir.
Beləliklə, ümumilikdə İmişli DOST filialı üçün 654 635 AZN dəyərində tenderlər başa çatıb.