Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən elan edilən tender ləğv edilib.
Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı - DETALLAR
Təmizlik tenderinə uyğun təklif tapılmadı – TENDER LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, tender yükləyici ekskavatorun satınalınması məqsədilə elan olunmuşdu. Satınalma prosesi üzrə ehtimal olunan qiymət 150 000 manat təşkil edirdi.
Müsabiqə 23 aprel 2025-ci il tarixində saat 19:04-də elan olunmuşdu. Təkliflərin təqdim edilmə müddəti 16 may 2025-ci il saat 16:00-da başa çatmalı və həmin tarixdə zərflərin açılışı da keçirilməli idi. Lakin satınalma prosesi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 5 avqust 2025-ci il tarixli, AİBNDA/SQ-6850/2025 nömrəli rəsmi qərarına əsasən dayandırılıb.
Tenderin ləğv səbəbinə dair əlavə açıqlama verilməyib.