Abşeron Rayon İcra Hakimiyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, tender Abşeron rayonu ərazisində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbirlərin keçirilməsi xidmətlərinin satın alınması məqsədilə keçirilir. Satınalmanın ehtimal olunan qiyməti yüz altmış bir min doqquz yüz əlli beş manat təşkil edir.
Müsabiqə 13 noyabr 2025-ci il saat 22:29-da dərc olunub. Təkliflərin son təqdimetmə tarixi və zərflərin açılış vaxtı 08 dekabr 2025-ci il saat 17:00-dır.
İştirak haqqı 250 manat, istifadə haqqı isə 25 manat məbləğində müəyyən edilib. Təchizatçılar təkliflərini təqdim etmək üçün bu haqları ödəməlidirlər. Təchizatçıların sayı üçdən az olduğu hallar istisna olmaqla, ödənilmiş haqlar geri qaytarılmır.
Əlaqələndirici şəxs – İlqar Məmmədov, RİH başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi.
E-poçt: [email protected]
Telefon: +994 77 753 60 60
İddiaçılar təkliflərini 08 dekabr 2025-ci il tarixinə qədər Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 7 ünvanına təqdim edə bilərlər.
|
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
|
1 |
Restoran xidməti (Abşeron rayonu Xırdalan şəhərində yerləşən qapalı məkanda) |
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 200 nəfərlik şəhid və qazi ailələri üçün Abşeron rayonu Xırdalan şəhərində yerləşən qapalı məkanda bayram tədbirinin təşkili nəzərdə tutulur. Tədbirin menyusuna soyuq qəlyanaltılar (lavaş, qarışıq çörək, pomidor, xiyar, pendir, göyərti, iki növ zeytun, turşu assortisi, ət assortisi, paytaxt salatı, ləbləbi), isti qəlyanaltılar (çolpa soyutması, ət və kəsmik ilə blinçik), isti yeməklər (şah plov, quzu əti ilə sac), kabab növləri (lülə kabab, quzu, toyuq və dana ətindən kabablar, tərəvəz kababı), desert (mövsümi meyvələr, tort) və içkilər (kompot, qazlı və qazsız su, təbii şirələr, iki növ limonad və samovar çayı) daxil olmalıdır. Tədbirin keçirildiyi məkanda LED monitor (minimum 15 kv.m), canlı ifa üçün nəzərdə tutulan yüksək keyfiyyətli səs sistemi və peşəkar musiqiçilərdən ibarət ansambl təmin edilməli, tədbir boyu yüksək səviyyədə xidmət göstərilməlidir. Tədbir zamanı göstəriləcək xidmətlər, istifadə olunacaq ərzaq məhsulları, meyvə və tərəvəzlər əvvəlcədən Satınalan təşkilat ilə razılaşdırılmalıdır. (Qiymət təklifi hesablanarkən nəzərdə tutlmuş bütün amillər qiymətləndirilsin) |
1 |
ədəd |
|
2 |
Videoqraf xidməti |
Tədbirin əvvəlindən sonunadək peşəkar video çəkilişi həyata keçirilməli, tədbir boyu bütün mühüm anlar yüksək keyfiyyətlə lentə alınmalıdır. Tədbir başa çatdıqdan qısa müddət sonra çəkilmiş şəkillər fotokorreksiya olunmalı və tam keyfiyyətli şəkildə elektron daşıyıcıda Satınalan təşkilata təhvil verilməlidir |
1 |
ədəd |
|
3 |
Nəqliyyat və daşınma xidməti |
Abşeron rayonunun 16 qəsəbəsindən şəhid ailələrinin və qazi ailələrinin tədbirin keçiriləcəyi vaxtdan 30 dəqiqə əvvəl məkana gətirilməsi və tədbir bitdikdən sonra geri qaytarılması təmin olunmalıdır. Daşınma prosesi eyni anda ümumilikdə 200 nəfərin rahat və təhlükəsiz şəkildə daşınmasını nəzərdə tutmalı, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalı, təmiz və səliqəli vəziyyətdə təqdim edilməlidir. |
1 |
ədəd |
|
4 |
Şəhid və qazi övladlarına "Yeni il bayramı" ilə bağlı hədiyyə qutusu |
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təqdim olunacaq qutu təxminən 25x25x25 sm ölçüdə olmalı, bərk kartondan hazırlanmalı, üzəri şam ağacı, bəzəklər, hədiyyə fiqurları və digər yeni il bayramına uyğun dizaynla bəzədilməli, daşıma üçün iplə təchiz edilməlidir. İçərisində ən azı 6 ay müddətli, əsasən uşaqlar üçün nəzərdə tutulmuş minimum 15 adda - müxtəlif formalı şokolad konfetləri, kiçik qablaşdırılmış peçenyelər, mini biskvitlər, şokoladlı şirin krekerlər, sürprizli yumurta və digər şirniyyatlar, həmçinin Yeni il fiqurlu suvenir və ya oyuncaq yerləşdirilmiş olmalıdır. Qiymət təklifləri verilərkən bütün tələblər nəzərə alınmalı və hədiyyələr tədbirin keçiriləcəyi gün həmin məkana çatdırılmalıdır.(Qiymət təklifi hesablanarkən nəzərdə tutlmuş bütün amillər qiymətləndirilsin) |
200 |
ədəd |
|
5 |
Şou proqramı |
Şaxta Baba və Qar Qızın iştirakı ilə təxminən 60 dəqiqəlik bayram şou proqramı təşkil edilməli, proqram çərçivəsində aparıcı və 6 animatorun (kloun, müxtəlif cizgi filmi və nağıl qəhrəmanları geyimində) iştirakı ilə maraqlı çıxışlar, interaktiv oyunlar, musiqili nömrələr, köpük şousu, fokus və digər əyləncəli hissələr yer almalıdır. Tədbir uşaqlar üçün əyləncəli və interaktiv şəkildə keçirilməli, bayram atmosferini əks etdirən şən və rəngarəng proqram hazırlanmalıdır. Proqramın senarisi əvvəlcədən Satınalan təşkilat ilə razılaşdırılmalıdır. |
1 |
ədəd |
|
6 |
Fotoqraf xidməti |
Tədbirin əvvəlindən sonunadək peşəkar foto çəkilişi həyata keçirilməli, tədbir boyu bütün mühüm anlar yüksək keyfiyyətlə lentə alınmalıdır. Tədbir başa çatdıqdan qısa müddət sonra çəkilmiş şəkillər fotokorreksiya olunmalı və tam keyfiyyətli şəkildə elektron daşıyıcıda Satınalan təşkilata təhvil verilməlidir |
1 |
ədəd |
|
7 |
Tədbir məkanının bəzədilməsi |
Tədbir məkanında Yeni il mövzusunda bəzəklər və şam ağacı (minimum 3 metr) quraşdırılmalı, hər bir uşaq üçün yeni il mövzusunda bəzəkli baş geyimləri hazırlanmalı, məkan masaüstü bayraqlar, işıqlar, şarlar və digər dekorativ elementlərlə bəzədilməlidir. Bəzəklər zövqlü və estetik şəkildə yerləşdirilməli, ümumi məkanın dizaynı bayramın ruhunu və Yeni il ab-havasını əks etdirməlidir |
1 |
ədəd |
|
8 |
Bədii proqram |
Keçiriləcək bayram şənliyi zamanı populyar əməkdar və xalq artistləri olmaqla 4 müğənninin (hər müğənni 2-3 mahnı) ifası nəzərdə tutulmalıdır. Müğənnilər, müğənnilərin çıxış ardıcıllığı və ifa edəcəkləri mahnılar əvvəlcədən Satınalan təşkilat ilə razılaşdırılmalıdır. Musiqi proqramı bayram əhvalına uyğun və vətənpərvər ruhda hazırlanmalıdır. |
1 |
ədəd |













