İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi 2 tenderə yekun vurub.
Səhiyyənin Təminat Mərkəzindən milyonluq – SİFARİŞ, QALİB ŞİRKƏT
FED.az xəbər verir ki, “Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması” tenderinin qalibi “Medsol” MMC olub.
Şirkətlə 6 674 859 manat məbləğində müqavilə imzalanıb.
“Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması” tenderinin qalibi “Kripto Lab” MMC olub.
Şirkətlə 1 031 883 manat məbləğində müqavilə imzalanıb.