İcbari Tibbi Sığorta Agentliyi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda “Laçın Rayon Mərkəzi Xəstəxanasının müvəqqəti olaraq orda yerləşdirilməsi məqsədilə Laçın şəhərində yerləşən mövcud binanın əsaslı təmir işləri”nin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1000 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701911851
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Müsabiqənin başlama tarixi və vaxtı: 27.10.2023 20:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.11.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 16.11.2023 16:00
Hesab nömrəsi: AZ52AIIB38090019440013375105
Bankın adı: Kapital Bank ASC Səbail filialı
Bankın kodu: 200059
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Bankın VÖEN-i: 9900003611
Swift kodu: AIIBAZ2X
Ödəniş şərtləri - Satınalan təşkilat satınalma müqaviləsinin yerinə yetirilməsi üçün qalib malgöndərənə (podratçıya) tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün malgöndərən (podratçı) tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. Malgöndərən (podratçı) avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir.
Çatdırılma yeri - Laçın şəhəri.
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - Laçın Rayon Mərkəzi Xəstəxanasının müvəqqəti olaraq orda yerləşdirilməsi məqsədilə Laçın şəhərində yerləşən mövcud binanın əsaslı təmir işləri müqavilə imzalandıqdan sonra ən geci 8 ay ərzində yerinə yetirilib tamamlanmalıdır.
Tələb olunan sənədlər - Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış.
Nizamnamə.
Qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər.
Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (və ya müvafiq dövlət orqanı) tərəfindən verilmiş lisenziya- əlavəsi ilə birlikdə.
İxtisas göstəriciləri:
Son üç il ərzində (01 yanvar 2020 – 31 dekabr 2022) baş podratçı (icraçı) kimi yerinə yetirdiyi tender predmeti ilə analoji olan azı 1 müqavilə haqqında məlumat. Tələb olunan ixtisas uyğunluğuna cavab verməyən iddiaçılar qiymətləndirmə mərhələsinə buraxılmayacaqdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.