"Bakı Metropoliteni" QSC izolyasiya mallarının satın alınması ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1402871431
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16
Müsabiqənin başlama tarixi və vaxtı: 24.06.2023 14:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.07.2023 15:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.07.2023 15:30
Zərflərin açılış tarixi və vaxtı: 28.07.2023 15:30
Müqavilə üzrə malların ödənişi, nəzərdə tutulduğu qaydada, faktiki olaraq onların Sifarişçiyə təhvil verildikdən sonra və “İcraçı”nın təqdim etdiyi sənədlərin yalnız əsli ( hesab-faktura, qaimə, akt və s sənədlər) əsasında Azərbaycan Respublikasının Qanunvericiliyində tutulmuş qaydada (ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə) aparılacaqdır.
Çatdırılma yeri - “Bakı Metropoliteni” QSC
Çatdırılma müddəti - 30.12.2024
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı. Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı (hesab qalığı göstərilməklə olmalıdır)
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması Qeydiyyatdan keçdiyi ölkə
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması İddiaçının tam adı və hüquqi statusu
İmza səlahiyyətinin olması. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd
İddiaçının bank rekvizitləri
Uyğunluq haqqında məlumat Əlavə No.4
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elvin Bagirov, Satınalmaların təşkili və müqavilələr şöbəsinin rəisİ
Email: [email protected]
Əlaqə telefonu: 012 490 01 01
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Geomembran PVC d=2 mm |
СТО 72746455-3.4.5-2015 2.7 кг/м2 |
7.500 |
m(2) |
2 |
Alüminium profil |
ÇİTA basqı profili |
1.700 |
m |
3 |
Geotekstil 500 qr |
1021-CPD-330/11 CE sertifikatı, 13249:2000//A1:2005 500-600gr/m² beyaz, ütülülü, qırçınsız |
15.000 |
m(2) |
4 |
Daş yunu d=50 mm |
ТУ ТУ 5762-017-74182181-2015 48-55kg/m3 |
180 |
m(2) |
5 |
Şüşə yunu d=50 mm folqalı |
ГОСТ 32314-ТУ 23.99.19-016-71451657-2019 14kg/m3, folqalı-setkalı, 10000*1200*50 mm |
700 |
m(2) |
6 |
Penoplast d=50 mm |
EPS tipi -EPS 10,QOST 15588 - 2014 |
150 |
m(2) |
7 |
Penoplast d=30 mm |
EPS tipi -EPS 10, QOST 15588 - 2014,Löhvə ölçüləri (sm) -50 x 100 |
300 |
m(2) |
8 |
Şüşə ruberoid parçalı d=3,0 |
ТУ 21-57447 92 3-5kg/m², şüşəparçalı, 10m²/rulon |
5.500 |
m(2) |
9 |
Şüşə ruberoid qumlu parçalı d=4,0 |
ТУ 21-57447 92 3-5kg/m², şüşəparçalı, 10m²/rulon |
4.500 |
m(2) |
10 |
Bitum praymer |
ТУ 5775-002 00287912-20 20lt/vedrə,soyuq halda tətbiqi |
10.000 |
kg |