FED.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin inzibati binasının və həyatyanı ərazisinin gündəlik təmizlik işlərinin satınalınması AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir.
Lot-1. İctimai Televiziya və Radio Yayımları Şirkətinin inzibati binasının və həyatyanı ərazisinin gündəlik təmizlik işlərinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 50 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 ( əlaqələndirici şəxs: Ramil Əliyevdən, telefon : 012 43 13 16 ) nömrəli ünvandan ala bilərlər.
Adı: “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi rayon filialı
Kod:200112
VÖEN:9900003611
Mh : AZ37NABZ01350100000000001944
S.W.İ.F.Т.: АIIBАZ2X
Adı: İctimai Televiziya və Radio Yayımları Şirkəti
Hh AZ11AIIB33010019441102259111
VÖEN: 2000435761
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafıq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifı və bank zəmanəti istisna olmaqla) 14 avqust 2018-ci il saat 11.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 24 avqust 2018-ci il saat 11.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 27 avqust 2018-ci il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.
İTV təmizlik işləri alır – TENDER ELANI
11:35
25 İyul 2018