“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 2 ədəd yedək gəmisinin Türkiyə Respublikasının, İstanbul şəhərindən Bakı şəhərinə daşınması ilə bağlı sığorta xidmətlərinin satın alınması məqsədilə açıq müsabiqə elan edir.
QSC-dən FED.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (qiymət təklifi istisna olmaqla) 23 iyul 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 25 iyul 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 26 iyul 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda həyata keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72
Əlaqə telefonu: (012) 599-00-03 (daxili:1400)