İsmayıllı Rayon İcra Hakimiyyəti “İsmayıllı şəhərində avtomobil yollarının əsaslı təmiri” tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "İsmayıllı Tikinti-27" ASC olub. Şirkətlə 569 min 853.86 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl qurumun 19 min 993.64 manat “Şəhid Cəmil Məmmədli adına küçənin asfaltlanması” tenderi üzrə müqavilə bağlanılıb (12.12.2022) .