İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi təkliflər soğrusu elan edir.
FED.az xəbər verir ki, təkliflər sorğusu “İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin Həsən Bəy Zərdabi prospekti 196 ünvanında yerləşən inzibati binasında əsaslı təmir işlərinin görülməsi üçün mühəndis-müayinə və layihə tapşırığına uyğun olaraq layihə-smeta sənədlərinin hazırlanması işlərinin görülməsi” ilə bağlıdır.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: (+994 12) 403 87 91
Satınalan təşkilatın ünvanı: AZ1073, Azərbaycan Respublikası, Bakı şəhəri, L.Landau küçəsi, 16
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 10.03.2023 17:00
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 31.03.2023 18:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.