İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155 ünvanında yerləşən inzibati binasında xidmətlərin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azservis” QSC-dir.
Qalib şirkətə 2,744 milyon manat ödəniləcək. (Report)