İpoteka və Kredit Zəmanət Fondu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Nazirliyin 1.6 milyon manatlıq tenderini - BU ŞİRKƏT QAZANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi “Qala Həyat Sığorta” ASC-dir.
Qalib şirkətə 29,6 min manat ödəniləcək.