İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) avtonəqliyyat vasitələrinin könüllü sığortalanması ilə bağlı açıq tender elan edib.
FED.az Fonda istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 6-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 16-na qədər İKZF-nin Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanındakı inzibati binasına təqdim edə bilərlər (tel.: (012) 441-24-23, daxili 153).
Təkliflərə avqustun 17-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Seçim zamanı müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən yerli təkliflərin xeyrinə xarici təkliflərin qiymətinin 20%-i qədər güzəştli düzəliş tətbiq ediləcək. Xidmətin icra müddəti satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 3 ildir.