Tender 1 lot üzrə keçirilir:
lot 1 - İpoteka və Kredit Zəmanət Fondunun 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditor xidməti
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Bül-bül pr. 40 (AZ1014) (Əlaqələndirici şəxs :Nuriyeva Təranə, telefon :(012) 441-24-23 (130)) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 150 manat
Hesab: | AZ57NABZ01360450000000005944 |
VÖEN | 1403502281 |
Bank: | Mərkəzi Bank |
Kodu: | 501004 |
VÖEN: | 9900071001 |
M/H: | AZ74NABZ01451700000000001944 |
S.W.İ.F.T: | NABZAZ2C |
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10. Digər sənədlər: Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir: - Tenderdə iştirak etmək üçün ərizə; - iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; - Təklif; - Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası); - iddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənəd və s.) notariat qaydasında təsdiq edilmiş surətləri; - Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti; - iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar); - iddiaçının audit sahəsində peşəkarlığını və iş təcrübəsini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar. İddiaçılar öz təkliflərini geniş təqdim etməli, keçirəcəyi audit yoxlamasının metodoloji yanaşması barədə məlumat verməli, audit yoxlaması üzrə iş qrafikini, o cümlədən yoxlamaya cəlb olunacaq mütəxəssislərin qısa tərcümeyi halını və iddiaçının əməkdaşı olmasını təsdiq edən sənəd (e-gov.az portalından iş yeri barədə arayış) əlavə etməlidirlər;. - Mərkəzi banklarda, kredit və iri dövlət təşkilatlarında auditin aparılması üzrə iş təcrübəsini təsdiq edən sənədlər. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir: - audit xidmətinin göstərilməsinə cəlb olunan auditorların milli (yerli) və beynəlxalq mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində peşəkar iş təcrübəsinə malik olması; - üzv olduğu audit qrupunun beynəlxalq səviyyədə tanınması və müvafiq reytinqə malik olması; - öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətli olması; - müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; - satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi. Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir. Xidmətin icra müddəti: 2018-ci ilin maliyyə hesabatları üzrə audit xidmətləri 27 noyabr 2018-ci il tarixindən başlanılmalı, audit yoxlamasına dair yekun hesabat və rəy isə 15 fevral 2019-ci il tarixinədək Fonda təqdim edilməlidir. 2019-2020-ci illərin maliyyə hesabatları üzrə audit xidmətləri də müvafiq illər üzrə qeyd olunan dövrləri əhatə etməlidir. Tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-10-04 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-10-16 18:00qədər Bakı, Bül-bül pr. 40 (AZ1014) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-10-17 15:00 tarixində AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.