Lot-3.Yük, minik avtomaşınlarının və elektrokarların satınalınması.
Lot-4.Dizel generatorunun, transformatorun, avtotərəzi və iriqabaritli tütün pres mexanizmlərinin satınalınması.
Tenderdə hər lot üçün iştirak haqqı 100 (bir yüz) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderin əsas şərtlər toplusunu almaq və tenderdə iştirakçı statusunu əldə etmək üçün “İnterTobacco” MMC-nin aşağıdakı manat hesabına hər lot üçün 100 ( yüz) manat köçürülməlidir:
Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı”nın Mərkəz filialı
Swift Code: IBAZAZ2X
Bankın ünvanı: Az 1005 Bakı şəhəri, Nizami küçəsi 67.
M/h: AZ03NABZ01350100000000002944
Кod: 805250
Bank VÖEN: 9900001881
Alan: “İnterTobacco” MMC
Alanın hesabı: AZ33IBAZ40040019449335300120
VÖEN: 1300976201
Tenderdə müvafiq sahələrdə geniş təcrübəyə və maddi -texniki bazaya malik olan hüquqi şəxslər iştirak edə bilərlər.
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- iddiaçının tam adı, ünvanı, hüquqi statusunu təsdiq edən sənəd (surəti) və bank rekvizitləri;
- tender təklifinin təminatını təsdiq edən sənəd (bankın təminatı) (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında arayış ;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
Tender təklifinin bank təminatı tender təklifinin 2 (iki) faizdən az olmamalıdır.
İddiaçının tender təklifindəki qiymət malların qiymət dəyərindən başqa nəqliyyat, ƏDV, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.
Tender iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan və biliklərə malik olmalıdırlar.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 aprel 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərflərdə 7 may 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 8 may 2018-ci il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 nömrəli ünvanda açılacaqdır.
Tenderin keçirilməsi ilə bağlı əlavə məlumat əldə etmək üçün “İnterTobacco” MMC-nin əməkdaşı İdris Mirzəyevlə əlaqə (tel: +994 12 464 95 12, +99 450 243 91 16) saxlamaq olar.
"İnterTobacco" - Tender elan edir
10:13
10 Mart 2018