FED.az xəbər verir ki, Milli İdman Tibb və Reabilitasiya İnstitutu Fizioterapevtik avadanlığın satınalınması üçün Açıq Tender Elan Edir
Tender 1 lot üzrə keçirilir.
Lot -1. İdmançıların bərpa müddətini qısaltmaq və reabilitasiyanın səmərəliliyini artırmaq məqsədilə fizioterapevtik avadanlığın satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilə şərtlərinin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar +994(12)404 83 10 nömrəli telefona faks:+994(12) 404 83 12 müraciət edə bilərlər (əlaqələndirici şəxs Zeynalova Emiliya Rasimovna).
Tenderdə iştirak etmək istəyənlər 250 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Milli İdman Tibb və Reabilitasiya İnstitutundan (Bakı şəhəri, Olimpiya küçəsi 4a) ala bilərlər.
Bank: “PAŞA Bank” ASC
Kod: 505141
M/h: AZ82NABZ01350100000000071944
VÖEN: 1700767721
S.W.I.F.T BİK: PAHAAZ22
Alan müştəri: Milli İdman Tibb və Reabilitasiya İnstitutu MMC
H/h: AZ46PAHA38060AZNHC0190014351
VÖEN: 1502424361
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- tender təklifi (zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının müvafiq sahə üzrə ən azı üç il təcrübəsinin olması barədə məlumatı əks etdirən sənəd;
- qanunvericiliyə uyğun onunla əlaqəli şəxs olmayan ən azı üç korporativ müştəri tərəfindən verilən tövsiyyə məktubu.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 24 sentyabr 2018-ci il saat 17.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 2 faizi məbləğdə bank təminatını 2 oktyabr 2018-ci il saat 17.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə 3 oktyabr 2018-ci il saat 10.00-da Milli idman Tibb və Reabilitasiya İnstitutunda açılacaqdır.
İnstitut avadanlığ alır - TENDER
16:44
16 Avq 2018