İnnovasiya və Təchizat Mərkəzi “Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin təminatı üçün nəzərdə tutulan tibbi və digər aparatların, avadanlıqların, bərk və yumşaq inventarların satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi Albatros Heltkeyr MMC olub. Şirkətlə 728 min 650 AZN dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət qurumun 6 milyon 134 min 126 AZN dəyərindəki “Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınmasıI” (12.08.2022) tenderinin də qalibi olub.