"İnfinitech" MMC Ədliyyə Nazirliyinin elan etdiyi iki tenderin qalibi olub. Bağlanmış müqavilələrin ümumi dəyəri 1 mln. 693 min 888,8 manatdır.
FED.az xəbər verir ki, 1-ci tender üzrə “İnfinitech” məhkəmələrin istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı tədarük edəcək, şəbəkə infrastrukturunun saxlanılması və inkişafı, habelə onlara texniki dəstək üzrə xidmətlər göstərəcək. Müqavilənin dəyəri 731 min 883,2 manatdır.
Eləcə də bax: “AZERGOLD” 300000-lik tenderinin qalibini – Açıqladı
2-ci tender Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığının tədarükünü, şəbəkə infrastrukturunun saxlanılması və inkişafı, habelə onlara texniki dəstək üzrə xidmətlərin göstərilməsini nəzərdə tutur. Onun dəyəri 962 min 5,6 manatdır.
Marja