FED.az TENDER xəbər verir ki, DÖVLƏT İMTAHAN MƏRKƏZİ PUBLİK HÜQUQİ ŞƏXS mebellərin satınalınması üçün KOTİROVKA SORĞUSU ELAN EDİR
İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərflərdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədlər
• nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
• kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş);
• kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə)
• kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş) ;
• vergi uçotu haqqında arayış (ƏDV ödəyicisi olmayan təşkilatlar üçün) ;
• iddiaçının tender təklifi 17 yanvar 2019-cu il saat 15.00-dək Bakı, M. Müşfiq küçəsi 1M nömrəli (əlaqələndirici şəxs – İlham Əliyevə, telefon – 012-502-47-53/56/58, daxili 144) ünvana təqdim edilməlidir.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçılar, yaxud onların səlahiyyətli nümayəndələri 18 yanvar 2019-cu il saat 11.00-da zərflərin açılışında iştirak edə bilərlər.
İmtahan Mərkəzi mebel alır – KOTİROVKA SORĞUSU
09:41
7 Yan 2019