Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tikintinin davamı) və 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisi (tikintinin davamı) (II elan) tenderlərinə yekun vurub.
Rayon İcra Hakimiyyəti yolların təmiri işləri üzrə tender - ELAN EDİR
FED.az xəbər verir ki, Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı üçün 6 milyon 944 min 597 manat, 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisinın davamı üçün isə 9 milyon 122 min 591 manat ayrılıb.
Qalib şirkətlər isə müvafiq olaraq "Fərid İnşaat" Firması və "Palma İnşaat" MMC olmuşdur. Səhiyyə Nazirliyi qalib şirkətlərə ümumilikdə 16 milyon 67 min 188 manat ödəyəcək.