Azərbaycanda təsisçisi eyni olan iki şirkətin tenderə qatılması nəticəsində daha bir tenderin nəticələri ləğv edilib.
Eləcə də bax: Səhiyyə Nazirliyinin tenderi - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, növbəti belə hadisə Daxili Qoşunların tenderində baş verib. DQ Baş İdarəsi qazanxana avadanlıqlarına, elektrik generatorlarına, kondisionerlərə, su nasoslarına, elektrik tənzimləyicilərinə texniki qulluqların göstərilməsinin və təmirinin, həmçinin generatorların yağ və filtrlərinin dəyişdirilməsi xidmətlərinin satın alınması məqsədilə 2020-ci il aprelin 17-də mətbuatda, 2020-ci il aprelin 16-da www.etender.gov.az saytında elan yerləşdirib. Amma elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə Dövlət Vergi Xidmətinin taxes.gov.az rəsmi internet saytının məlumatına əsasən iştirakçılardan “VAHİDOĞLU TƏMİR TİKİNTİ” MMC ilə “Picasso Group” MMC təsisçillərinin eyni olduğu müəyyən edilib və tenderin nəticələri “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun ləğv edilib