İctimai Televiziya və Radio Yayımları Şirkəti led avadanlıqlarının satın alınması məqsədilə açıq tender elan edir.
Azərenerji tenderin qalibini - ELAN ETDİ
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 100 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bankın adı - “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı
Kod - 200112
VÖEN - 9900003611
Mh- AZ37NABZ01350100000000001944
S.W.İ.F.Т. - АIIBАZ2X
Təşkilatın adı - İctimai Televiziya və Radio Yayımları Şirkəti
H/h - AZ11AIIB33010019441102259111
VÖEN - 2000435761
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (forma 2) (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalı və tender təklifinin ümumi qiymətinin 1 (bir)faizini təşkil еtməlidir).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması barədə arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri( hüquqi sənədlər notarial təsdiqlə);
- iddiaçının ixtisasına aid məlumatlar (forma 3) (təsdiqedici sənədlər doldurulmuş forma 3-ə əlavə olunmalıdır);
işlərin keyfiyyətinə aid zəmanət (forma 4)
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 2 sentyabr 2021-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 10 sentyabr 2021-ci il 15.00-a qədər portal vasitəsi ilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 13 sentyabr 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.