FED.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni saytının müasir üslubda və yeni tərtibatda hazırlanması işlərinin satınalınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR
Kotirovka sorğusunun iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovka sorğusunda iştirak etmək istəyənlər şərtlər toplusunu Bakı şəhəri, Şərifzadə küçəsi, 241 (əlaqələndirici şəxs Ramil Əliyevdən, telefon: (012) 430-13-16) nömrəli ünvandan ala bilərlər.
İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 6 sentyabr 2018-ci il saat 18.00-a qədər Bakı şəhəri, Şərifzadə küçəsi, 241 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 7 sentyabr 2018-ci il saat 11.00-da Bakı şəhəri, Şərifzadə küçəsi, 241 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
İctimai Televiziya yeni sayt açır – KOTİROVKA
14:44
5 Sen 2018