İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 50 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 20-i, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 28-i, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet portal vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi oktyabrın 29-da, saat 11:00-da portalda açıqlanacaq.(marja)