İctimai Səhiyyə və İslahatlar Mərkəzi PHŞ Klinik halların simulyasiyası üzrə veb əsaslı proqramın hazırlanması üzrə texniki tapşırığın və alqoritmlərin hazırlanması, Etik komitə üçün normativ sənədlərin, Şagirdlər üçün ictimai səhiyyə üzrə müvafiq tədris vəsaitinin və mövzular üzrə metodik vəsait və protokolların işlənilib hazırlanması, EBMG protokolları üzrə portalın yenilənməsi və təkmilləşdirilməsi, internatlarda və məktəblərdə təlim kurslarının keçirilməsi, www.smokefree.az internet portalının yenidən hazırlanması və tədqiqat, şagirdlər üçün ictimai səhiyyəyə aid internet portalın hazırlanması, Forma N 66 əsasında 2020-ci ilin təhlili və dörd illik müqayisəsi (2017-2020), elektron sənəd dövriyyəsinin yaradılması, Ecourses portalı üçün 5 klinik videokursun hazırlanması və yerləşdirilməsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə sağlam həyat tərzinin təbliği, COVİD-19-a qarşı vaksinasiyaya hazırlıq üçün müxtəlif protokolların, sənədlərin, maarifləndirici materialların və təlimatlarının yaradılması, Sürücülər üçün Təməl Həyat Dəstəyi Kursları proqramının hazırlanması, “İctimai səhiyyə” mövzusunda TV və radio çıxışlar üçün hazırlıq və təlimlər, peyvəndlərin vurulmasının keyfiyyətini və səmərəliliyini artırmaq üçün tədbirlərin keçirilməsi haqqında açıq tender elan edir.
"ADA" Universiteti kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 31.12.2021-ci il tarixinə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.
Əlaqələndirici şəxs: Məmmədova Günay.
Ünvan: Bakı şəhəri, Zərdabi 96.
Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba məbləğ 150 (yüz əlli) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İctimai Səhiyyə və İslahatlar Mərkəzi PHŞ
Hesab: AZ86CTRE00000000000002128402
VÖEN: 1300204371
Bank: DÖVLƏT XƏZİNƏDARLIQ AGENTLİYİ
VÖEN: 1401555071
Kodu: 210005
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
142330 fond 7
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)
4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;
4.4. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 01.07.2021-ci il saat 15.00 tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 09.07.2021-ci il, saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri 12.07.2021-ci il tarixində saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.