Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi Dəftərxana və təsərrüfat mallarının satın alınması məqsədilə açıq tender elan edib.
Eləcə də bax: İcra Hakimiyyəti geyim alır - TENDER
FED.az xəbər verir ki, Tender predmeti: Dəftərxana və təsərrüfat mallarının elektron satın alınmasıdır.
Malların, işlərin və xidmətlərin təchiz olunma müddəti - 2020-ci il ərzində.
Tender iştirakçıları öz tender təkliflərini "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
Tenderdə iştirak etmək istəyənlər 500 (beş yüz) manat məbləğində iştirak haqqını "Asan ödəniş” vasitəsilə göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada ala bilərlər.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi
Hesab: AZ38CTRE00000000000002518333
VÖEN: 1700188251
Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.BIK: CTREAZ 22
Büdcə təsnifatının kodu: 142 330
Büdcə səviyyəsinin kodu: 7
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (Əsasnaməsi) və dövlət qeydiyyatı haqqında şəhadətnamənin və reyestrdən çıxarışın surətləri (notarial qaydada təsdiq olunmalıdır);
- təşkilatın rəsmi blankında dərc olunmuş rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 15 iyul 2020-ci il saat 13:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 23 iyul 2020-ci il saat 13:00-a qədər vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 24 iyul 2020-ci il saat 13:00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri haqda Portal vasitəsilə tanış ola bilərlər.
E-şərtlər toplusunu 24 iyun 2020-ci il saat 17:00-dan sonra əldə etmək olar.
Tender komissiyası