Saatlı Rayon İcra Hakimiyyəti iki tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi fiziki şəxs olub.
Belə ki, "Geyimlərin alınması" üzrə tenderin qalibi fiziki şəxs Teymurov Nəriman Lətif oğlu (VÖEN: 6700003712) olub. Həmin tendein dəyəri 8 780 manatdır.
"Qida məhsullarının alınması" tenderinin qalibi isə fiziki şəxs İsmayılov Elman Sahib oğlu (VÖEN: 6700002082) olub. Bu tenderin dəyəri isə 4 103 manatdır.