FED.az TENDER xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
Lot-1.Göygöl şəhərində küçə işıqlarının təmiri və yenilərinin quraşdırılması işlərinin aparılması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət , müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti .
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar tender komissiyasına müraciət edə bilərlər.
Ünvan-Göygöl şəhəri, S.Hacıyev küçəsi 42, telefon - 022-205-23-69.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İştirak haqqı 100 manatdır .
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat- Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
Hh- AZ30AİİB32051019448300201183
VÖEN -7600031051
Bank-“Kapital bank”ın Göygöl filialı
Kod- 200833
M/ h- 137010001944
SWİFT- BİK AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat ;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- vergilərə və digər icbari ödənişlərə dair borcların olub-olmaması barədə arayış;
- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) .
İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 8 aprel 2019-cu il saat 17.00-dək Göygöl RİHB-in şəhər üzrə nümayəndəliyinə təqdim etməlidirlər.
Bu vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılar tender təklifi və bank zəmanətini 23 aprel 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.
Tender zərfləri 24 aprel 2019-cu il saat 11.00-da Göygöl RİHB-in Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
İcra Hakimiyyətinin küçə işıqlarının təmiri üçün – TENDER ELANI
15:58
26 Fev 2019