Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində şəhərdaxili küçə, meydan və parkların abadlaşdırması və asfaltlaşdırması xidmətləri üzrə tenderlərinin nəticələrini açıqlayıb.
Eləcə də bax: Gəncədə “Əmlak Xidmətləri Məkanı” tikiləcək - 4 MİLYON MANATLIQ MÜQAVİLƏ
FED.az xəbər verir ki, hər iki tenderi "AZƏRTRANSS" MMC qazanıb. İcra hakimiyyəti şirkətlə bağladığı 2 müqavilənin ümumi məbləği 1 milyon 666 min 82 manatdır.
Gədəbəy rayon İcra Hakimiyyəti "AZƏRTRANSS" MMC ilə abadlaşdırılma üçün 856 min 258 manat, asfaltlaşdırılma üçün 809 min 824 manat məbləğində müqavilə bağlayıb.